Xəbər verdiyimiz kimi, FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.
Futbolinfo.az xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcəklər.
İyunun 21-də Tiflis şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.