“Kəpəz” Vurğun Hüseynovun transferini rəsmən açıqlayıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bu, “Kəpəz”in yeni mövsüm üçün ilk transferidir.

Qeyd edək ki, millimizin sabiq üzvü 2013-cü ildən “Sumqayıt”da çıxış edirdi. O, “Qəbələ” və “Turan Tovuz”da da oynayıb.

Shares: