“Boston Seltiks” və Ceylen Braun MBA tarixinin ən böyük müqaviləsini imzalamaqla bağlı razılığa gəliblər. “The Athletic” nəşrinin müxbiri Şems Çaraniyanın verdiyi məlumata görə, tərəflər arasında supermaksimal müqavilə imzalanacaq. Ona əsasən basketbolçu 5 ilə 304 milyon dollar qazanacaq.

Futbolinfo.az xəbər verir ki, bu, MBA tarixində ən böyük müqavilədir. Razılaşmaya əsasən, sözləşmə tam zəmanətli olacaq, basketbolçunun son il üçün seçim opsiyası nəzərdə tutulmayacaq.

Braun 2024/25 mövsümü üçün 52 368 085 dollar, 2025/26 mövsümü üçün 56 557 532 dollar, 2026/27 mövsümü üçün 60 746 979 dollar, 2027/28 mövsümü üçün 64 936 425 dollar, 2027/28 mövsümü üçün isə 69125 872 dollar qazanacaq.

Basketbolçu karyerasının ilk yeddi ilini “Seltiks”də keçirib. Hücumçu keçən mövsüm orta hesabla 26,6 xal, 6,9 ribaund və 3,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müqavilənin uzadılmasına imza atmazdan əvvəl Braunun Boston klubu ilə 28 508 929 dollar məvacibi olan bir il müqaviləsi qalmışdı.

Shares: