Kiprin “Omoniya” komandası Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”yə qarşı ilk oyuna ciddi itkilərlə çıxacaq.

Futbolinfo.az Nikosiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən komandanın üç futbolçusu ilk oyunu buraxmalı olacaq.

Bunlar müdafiəçilər Nikolas Panayotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviçdir. Onlar Qəbələdəki görüşdə iştirak etməyəcəklər. Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün bu gün Azərbaycana yollanacaq heyətdə yer almayacaqlar. Sözügedən oyunçuların cavab qarşılaşmasında da meydana çıxmaları sual altındadır.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” matçına saat 20:00-da start veriləcək. Cavab görüşü isə 1 həftə sonra Kiprdə baş tutacaq.

Shares: