“İnter Mayami”nin superulduzu Lionel Messi Liqa Kuboku çərçivəsində evdə “Atlanta Yunayted”ə qarşı keçirdikləri oyunda (4:0) iki qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.
Futbolinfo.az xəbər verir ki, start heyətdə meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən argentinalı komandasının qələbəsində böyük pay sahibi olmaqla yanaşı, fərdi uğura da imza atıb.
Belə ki, “Atlanta Yunayted” argentinalı hücumçunun qol vurduğu 100-cü klub olub.
Qeyd edək ki, Messi bu yay PSJ-dən azad agent qimində ayrılaraq “İnter Mayami” ilə müqavilə bağlayıb. O, artıq bu komandada 2 oyuna 3 qol vurub.