“Qəbələ”nin “Omoniya” ilə oyunu canlı yayımlanacaq. Bölgə klubunun Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu ilə səfər qarşılaşması diqqətdən kənarda qalmayacaq.

Futbolinfo.az xəbər verir ki, bugünədək sözügedən matçın yayımı ilə bağlı suallara aydınlıq gəlməyib. Hətta oyunun ekranlara gətirilməməsi ehtimalı var idi. Lakin problem həllini tapıb.

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən aldığımız bilgiyə görə, “İdman TV”-nin yayım hüququna sahib olan şirkətlə danışıqları yekunlaşmaq üzrədir. Bu gün məsələ müsbət yekunlaşmalıdır. Həmkarımız razılığın ldə olunma ehtimalını “99 faiz” deyə dəyərləndirdi.

Xatırladaq ki, Qəbələdəki matçda “Omoniya 3:2 hesabı ilə qalib gəlmişdi. Kiprdəki cavab görüşü isə avqustun 3-də baş tutacaq.

Shares: