“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi evdə Polşa “Rakuv”u ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.  Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” cütünün qalibi 3-cü mərhələdə Kipr “Arisi” ilə qarşılaşacaq. Bu cütün məğlubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

Shares: