Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis Çexiyanın “Xrudim” komandasını çalışdıracaq.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 54 yaşlı məşqçi paralel olaraq yığmanın baza klubu sayılan “Araz-Naxçıvan”ı da çalışdırıb.

Shares: