ABŞ-da “Milan” və “Barselona” komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, görüş İspaniya nəhənginin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniyalıların yeganə qolunu 55-ci dəqiqədə Ansu Fati vurub.

“Milan” növbəti yoldaşlıq oyununu avqustun 8-də “Montsa”ya qarşı keçirəcək, “Barselona” isə həmin gün “Tottenhem”lə qarşılaşacaq.

Shares: