Futbol üzrə Azərbaycan çempionatı yenə Misli Premyer Liqası adlanacaq. Peşəkar Futbol Liqası “Azərlotereya” ilə yeni birillik müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər bu gün rəsmi tədbirlə yeni anlaşma imzalayıb. Tezliklə bu barədə açıqlama veriləcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün də baş sponsoru olub.

Shares: