“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la keçirəcəyi cavab oyunuun təkcə azarkeşlər izləməyəcək. Futbolinfo.az saytı xəbər verir ki, görüş zamanı Bakı Olimpiya Stadionunun tribunalarında yer alacaq şəxslər arasında Kiprin “Aris” klubunun məşqçiləri də olacaq.
Baş məşqçi Aleksey Şpilevski potensial rəqiblərin duelini izləmək üçün köməkçilərini Bakıya göndərib. Onlar qarşılaşmada qeydlərini götürərək, III raunddakı rəqiblərini daha yaxından tanımış olacaqlar.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Polşadakı ilk qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. Cütün qalibi növbəti mərhələdə “Aris”lə üz-üzə gələcək.