Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün 2-ci təsnifat mərhələsində “Jelezniçar”la cavab matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, ötən həftə Bosniya və Herseqovinada məğlubiyyətdən son dəqiqə qolu ilə xilas olan paytaxt təmsilçisi cütün taleyini 8-ci km stadionunda həll edib.

Bu görüş “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunun doğma divarlar arasında ilk sınağı idi. Rumıniyalı yeni komandasında ilk qələbəni qazanmaq və turu adlamaqla özünü azarkeşlərə sevdirməyə çalışıb. Onun rəhbərlik etdiyi kollektiv bu görüşdən inamlı qələbə ilə ayrılaraq növbəti mərhələyə çıxmağı bacarıb.

Qeyd edək ki, bu cütün qalibi “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaqdı. “Neftçi” növbəti mərhələdə böyük ehtimalla məhz İstanbul nəhəngi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu

3 avqust 

“Neftçi” – “Jelezniçar” 2:0
Qol: Kenni Sayef, 19. Eddi İsrafilov, 68.
Baş hakim: Balaş Berke (Macarıstan)
Bakı. 8-ci km stadionu.
İlk oyun – 2:2

Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Jelezniçar: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 3. Amar Muşiç, 11. Hamza Qazal, 17. Andriya Drilyo, 21. Nikola Turanyaniç, 23. Omar Beka, 26. Yosef Amoa, 30. Drazen Dubaçkiç.
Baş məşqçi: Nermin Başiç.

Shares: