Villian Səudiyyə Ərəbistanına gedir. “Fulhem”in braziliyalı vingeri “Əl Şabab”la razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, tərəflər müqavilənin detallarını razılaşdırıb. Tezliklə keçid rəsmən açıqlanacaq. Amma londonluların baş məşqçsi Marko Silva Villianı fikrindən daşındırmağa çalışır. O, brazilyalının çıxışından məmnundur və onu komandada əsas simalardan sayır.
“Korintians” yetirməsi 2007-ci ildən Avropada oynayır. 6 il “Şaxtyor”da çıxış etmiş futbolçu daha sonra “Anji”, “Çelsi” və “Arsenal”ın formasını geyib. 2021-ci ildə Braziliyaya, doğma “Korintians”a qayıdan Villian növbəti il “Fulhem”ə yollanmışdı. Onun anlaşması bitib, lakin klub ən azı daha bir illik yeni müqavilədə maraqlıdır.