Avropa Liqasının III təsnifat mərhələsində HJK ilə üz-üzə gələcək “Qarabağ” Finlandiya klubları lə əvvəllər də qarşılaşıb. Bu ölkənin təmsilçiləri ilə ilk duelimiz də məhz ağdamlıların qismətinə düşüb.

Futbolinfo.az xəbər verir ki, hələ 1996-cı ildə “Qarabağ” “MüPa-47” ilə qarşılaşmış və səfərdə əlavə vaxtda buraxdığı qolla uduzmuşdu (0:1, 1:1). Ağdamlılar bunun əvəzini 2009-cu ildə “Honka”nı hər iki oyunda yenməklə (1:0, 2:1) çıxmışdı.

Müxtəlif illərdə “Xəzər Universiteti” “Tampere Yunayted”lə, “İnter” (Bakı) isə “Mariehamn”la qitə yarışlarında üz-üzə gəlib. Ən son duelimiz 2021-də reallaşıb və finlərin qələbəsi ilə yekunlaşıb. “Neftçi” Bakıda yenə bilmədiyi HJK-dan səfərdə 3 cavabsız qol buraxmışdı. “Qarabağ” indi bu yenilginin də əvəzini çıxmağa çalışacaq.

Shares: