Kilian Mbappe və PSJ razılığa gəlib. Ortaq məxrəc tapan tərəflər hər şeyi gələn yaya saxlayıb.
Futbolinfo.az xəbər verir ki, Paris klubu ilə yeni müqavilə imzalamaqdan boyun qaçıran Fransa millisinin üzvü, gələn yay azad agent olmaq istəyir. PSJ rəhbərliyi bununla razılaşmadığından onu mövsümöncəsi toplanışa aparmamışdı. Belə ki, o, ya yeni müqavilə bağlamalı, ya da indi satılmalıydı.
Uzun sürən mübahisələrdən sonra razılıq əldə edilib. Kilian əsas komandanın məşqlərinə buraxılıb. Tərəflər yen müqavilənin bağlanmaması mövzusunda anlaşıblar. Mbappe bir ildən sonra klubu azad agent kimi tərk edəcək. Amma bunun qarşılığında o, “sadiqlik bonusu”ndan imtina edəcək. Belə ki, PSJ 200 milyon avroluq məbləği ödəməkdən azad olub.