“Beşiktaş” heyətini Gürcüstan millisinin futbolçusu ilə gücləndirməyə çalışır. Klubun vitse-prezidenti Serkan Çetinkaya Saba Sazonovun keçidini həll etmək üçün Moskvaya yollanıb. Futbolçunun çıxış etdiyi Moskva “Dinamo”su “Beşiktaş”dan 3 milyon avro tələb edir.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin hazırkı klubuyla gələn ilin yayına qədər müqaviləsi var. “Transfermarkt” portalı da Gürcüstan millisinin üzvünü 3 milyon avro dəyərləndirir. Maraq üçün bildirək ki, bu mövsüm Sazonov komandasının bütün oyunlarında əsas heyətdə meydana çıxıb.

“Beşiktaş” klubunun vitse-prezidentinin Moskvaya səfərənin digər səbəbi ÇSKA-nın özbək futbolçusu Baxtiyor Zaynitdinovun transferini rəsmiləşdirməkdir.

Shares: