Kilian Mbappenin komanda yoldaşları ilə probleminin olduğu təsdiqlənməkdədir. Lionel Messi, Neymar, Leandro Paredes kimi oyunçularla yanaşı oynamaq stəmədiyi deyilən hücumçu onların komandadan gedişinə nail olub.

Futbolinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, Mbappe rəhbərliyə bu oyunçularla birlikdə oynamaq istəmədiyini, ona görə yeni müqavilə bağlamadığını deyib. Maraqlıdı ki, bu “üçlük”dən sonuncusu olan Neymarın Səudiyyə Ərəbistanına yollanacağı bəlli olan gün Kilian əsas komandanın məşqlərinə qayıtdı.

Bununla bağlı “Instagram”da bir paylaşıma yazılan şərhi Neymarın bəyənməsi söz-söhbətlə razılıq əlaməti sayıla bilər: “Keçən yay Mbappe PSJ-yə özünün və Neymarın eyni heyətə yer almayacağını açıq şəkildə bildirdi. Neymarın Neymar “Əl Hilal”a getdiyi elan olunan gün Mbappe məşqlərə xoşbəxt şəkildə döndüyü təsadüf deyil”.

Bu postu bəyənməklə Neymar klubda həqiqətən belə bir problem olduğunu təsdiqləyib.

“Ekip”in yazdığına görə, Mbappe sözügedən 3 oyunçunun qovulmasını, fransızları heyətə cəlb edlməsini tələb edib. Təsadüfi deyil, o, meydana çıxmadığı ilk turun oyununu yeni transfer Usman Dembele ilə birlikdə izləyirdi.

b5a38d95 0368 4ab7 bb67 68d825a0ef9d - Futbolinfo.az
Shares: