PSJ Federiko Kyezanı heyətinə qatmaq üçün səyini artırıb. Fransa çempionu İtaliya millisinin üzvü üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, əvvəllər də yarımmüdafiəçi ilə maraqlanan parislilər Lionel Messi, Neymar kimi hücum oyunçularının gedişindən sonra boşluqları doldurmalıdır. Br çox oyunçu ilə danışıqlar müsbət yekunlaşmadığından Kyeza variantının üzərinə qayıdılıb.

Federiko da iddialı komandada oynamaq istəyir. “Yuventus”un avrokuboklardan kənar qalmasından sonra Turində oynamaq istəməyən futbolçu uyğun təklifə “hə” deyəcək.

“Fiorentina” yetirməsinin 2020-ci ildə keçdiyi “Yuventus”la hələ iki illik müqaviləsi var. Amma “Qoca Sinyora” 50-60 milyon avro qarşılığında onu satmağın əleyhinə deyil. PSJ də bu qiyməti əlverişli sayır.

Shares: