Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə baş tutub.
“Qarabağ” da bu turnirdə növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda 2:1 hesabıyla qalib gəldiyi Finlandiyanın HJK komandasını səfərdə də eyni hesabla üstələyib və pley-offa yüksəlib.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
17 avqust
HJK (Finlandiya) – “Qarabağ” (Azərbaycan) 1:2 (ilk oyun 1:2)
“Haken” (İsveç) – “Jalgiris” (Litva) 5:0 (3:1)
“Breydablik” (İslandiya) – “Zrinski” (Bosniya və Herseqovina) 1:0 (2:6)
BATE (Belarus) – “Şerif” (Moldova) 2:2 (1:5)
“Dnepr-1” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) 1:1 (0:3)
“Genk” (Belçika) – “Olimpiakos” (Yunanıstan) 1:1 (0:1)
“Ludoqorets” (Bolqarıstan) – “Astana” (Qazaxıstan) 5:1 (1:2)