Rusiyanın “Zenit” klubunda forma geyən məşhur braziliyalı futbolçu Halk uzun illər bu komandanın şərəfini qorumağa razı olub. Futbolinfo.az xəbər verir ki, “sambaçı” müqavilə müddətinin uzadılması ilə bağlı Peterburq təmsilçisi ilə razılığa gəlib.
Yeni sazişə əsasən, Braziliya millisinin üzvü 2018/19 mövsümünün sonuna kimi “Zenit”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Halk 2013-cü ildə 55 milyon avroya “Portu”dan transfer edilib.
Shares: