Çempionlar Liqasının 1/8 finalında bu axşam “Çelsi"ni qəbul edəcək PSJ matça ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, komandanın bir sıra aparıcı futbolçuları sıradan çıxıb.
Bunlar Yohan Kabay, Lukas Moura, Orye və Markinyosdu. Onların "zadəganlar"a qarşı oynamayacağı artıq dəqiqləşib. Sözügedən futbolçular Fransa Liqa 1-inin son turunda "Kan"la görüşdə zədələniblər. Bundan əlavə, paytast klubunda daha 4 futbolçunun –  Tiaqo Motta, Blez Matyuidi, Adrien Rabyo və Xavyer Pastorenin də bu görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadı. 
Shares: