Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 22-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
Belə ki, AZAL-la oyunda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində AZAL-ın futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
(pfl.az)