Almaniyanın “Herta” klubunun baş məşqçisi Pal Darday maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, komandasının üzvlərinə siqaret çəkməyin sərbəst olduğunu bildirib:
“Mən futbolçularıma öncədən bildirmişəm ki, soyunub-geyinmə otağında hər şey etmək olar. Mənə yalnız nəticə lazımdı. Futbolçular siqaret çəkə bilər? Əlbəttə, bu sağlamlıq üçün çox ziyandı. Lakin hansısa bir futbolçu siqaret çəkməklə sakitləşirsə və uşaqlar bunu görmürsə, onun şəxsi məsələsidi”.