“Red Bull” komandası Niderland qran-prisindən əvvəl sosial şəbəkə hesablarındakı rəng çalarını dəyişib. Bu münasibətlə əsas rəng narıncı seçilib. Bu da komandanın lideri Maks Ferstappenə görə edilib. Çempionatın lideri üçün yarış doğma trasda keçiriləcək.

Komanda sosial şəbəkə hesabında bu cümləni də qeyd etməyi unutmayıb: “Niderland yarış həftəsi üçün bir qədər fərq yaratmaq istədik”.

Bu cür dəyişiklik hələlik sosial hesablarda edilib. Bolidin də rənginin dəyişə biləcəyi ilə bağlı məlumat yoxdur.

Shares: