“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu millinin Asiya Kuboku – 2024-ə hazırlıq məqsədilə səfərdə sentyabrın 6-da Oman, 11-də Vyetnam yığmaları ilə keçirəcəyi yoldaşlıq matçlarına çağırılıb.
Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.