“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirəcək.
Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Almaniya çempionu “Yan Regensburq”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (20:00) üz-üzə gələcəklər.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ, A qrupu
24 avqust
15:00. “Araz-Naxçıvan” – “Yan Reqensburq”
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
Salaspils. Salaspils İdman Arenası.