Macarıstanda keçirilən atletika üzrə dünya çempionatının növbəti günü başa çatıb.
Futbolinfo.az xəbər verir ki, avqustun 23-də dörd dəst medal oynanılıb.
1500 metr qaçış. Kişilər.
1. Coş Kerr (Böyük Britaniya) – 3:29:38.
2. Yakob İnqebrigtsen (Norveç) – 3:29:65.
3. Narva Gilje Nordos (Norveç) – 3:29:68.
400 metr qaçış. Qadınlar.
1. Marileydi Paulino (Dominikan Respublikası) – 48:76 saniyə (milli rekord).
2. Natalya Kaçmarek (Polşa) – 49:57.
3. Sada Uilyams (Barbados) – 49:60.
Dirəklə tullanma. Qadınlar.
1. Nina Kennedi (Avstraliya) – 4,90 metr.
1. Keti Mun (ABŞ) – 4,90 metr.
3. Vilma Murto (Finlandiya) – 4,80 metr.
400 metr maneələrlə qaçış. Kişilər.
1. Karsten Uorholm (Norveç) – 46:89 saniyə.
2. Kayron Makmaster (Britaniya Vircin Adaları) – 47:34.
3. Rey Benjamin (ABŞ) – 47:56.
Bu gün Budapeştdə daha yeddi dəst medal oynanılacaq. Bizim üçün ən vacibi qadınların çəkicatma yarışlarıdır. Belə ki, həmin yarışda Azərbaycanı təmsil edən Anna Skidan iştirak edəcək.
Avqustun 24-də keçiriləcək yarışların təqvimi:
9:00. Kişilər. İdman yerişi, 35 km.
9:00. Qadınlar. İdman yerişi, 35 km.
21:30. Kişilər. Uzunluğa tullanma. Final
22:26. Qadınlar. Çəkicatma. Final
23:22. Qadınlar. 100 m maneələrlə qaçış. Final
23:35. Kişilər. 400 m. Final.
23:50. Qadınlar. 400 m maneələrlə qaçış. Final.