Mark-Andre ter Ştegen “Barselona”da qalacaq. Alman qapıçı klubu ilə yeni müqavilə barəsində razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Almaniya millisinin üzvü ilə apardığı danışıqları qısa zamanda yekunlaşdırıb. Ter Ştegen qalmaq istədiyindən anlaşmanın müddətinin 2028-ci ilin iyulunadək uzadılması çətin olmayıb. Rəsmi xəbər bu gün açıqlanmalıdır.
2014-cü ilin yayında Münhenqladbax “Borussiya”sından 14 milyon avroya transfer edilən alman qolkiperin hazırkı müqaviləsi iki ildən sonra bitəcəkdi.