“Karvan” heyətini legionerlə gücləndirmək istəyir. Yevlaxlılar düşərgəyə yaponiyalı futbolçu gətirib.

Futbolinfo.az xəbər verir ki, Tosaka Hyuqo ilə danışıqlar davam edir. Razılıq əldə edərsə, yarımmüdafiəçi bir illik anlaşmaya imza atacaq.

Almaniyanın həvəskar klublarında çıxış edən 23 yaşlı futbolçu son olaraq Bosniya və Herseqovinanın “Alfa Modriça” komandasının formasını geyib. Amma burada cəmi 4 oyun keçirən oyunçu hazırda klubsizdur.

Shares: