Futbol üzrə Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeonbuk”la qarşılaşıb. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Daejeon” hazırda 37 xalla 7-ci pillədə qərarlaşıb.