Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Araz-Naxçıvan” Bakıda “Sumqayıt”ı “qəbul edib”. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
4-cü tur
25 avqust
“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: Turan Manafov, 72 – Rövlan Muradov, 63-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov.
“Dalğa Arena”, 20:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 16. Tural Axverdiyev, 12. Abu Dosso, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.