Marsel “Olimpik”i “İnter”in hücumçusu Xoakin Korreanı icarə əsasında heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, Fransa klubu 29 yaşlı oyunçunun transfer hüquqlarına sonradan yiyələnə biləcək. Argentinalı ilə bir illik müqavilə imzalanıb.

Marsel təmsilçisi yay transfer pəncərəsində İsmaila Sarrı, Ruben Blankonu, İliman Ndiayeni, Pyer-Emerik Obameyanqı, Joffrey Kondoqbianı və Renan Lodini heyətinə qatıb.

Korrea 2022/23 mövsümündə “neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 41 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: