İsveç çempionatında 21-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Deqerfors”la qarşılaşıb.

Meydan sahibləri bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıblar.

Komandasının ilk qolunun ötürməsini start heyətində meydana çıxan Qurbanlı edib. Musa 28-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxardıbsa, 34-cü dəqiqədə dublunu rəsmiləşdirib. O, 58-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Bu, Musanın İsveç çempionatında ilk qollarıdır. O, buna qədər kubok oyununda fərqlənməyi bacarmışdı.

“Yurqorden” 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Shares: