Kür Olimpiya İdman Tədris Mərkəzində üzgüçülük idman növü üzrə açıq Mingəçevir birinciliyi start götürüb. Yarışda digər rayon və şəhərlərdən gələnlər də daxil olmaqla 100-dən artıq idmançı iştirak edir.

“İdman hamı üçün” layihəsi çərçivəsində idman yarışlarının keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif idman növlərinə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.

Shares: