“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.
Futbolinfo.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının IV turuna təsadüf edib.
“Gənclik şəhəri” təmsilçisi səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənən Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.
Bu top 367-ci matça təsadüf edib. Sumqayıtın eyniadlı komandasının orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.
Qeyd edək ki, “Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisinin heyətində Eşqin Quliyev fərqlənib.