Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən “Cameroon Internationanl 2023” turnirində qızıl medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı finala gedən yolda Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib.
Keişa Fatima Zəhra finalda israilli Kseniya Polikarpova ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz yekunda 2:0 (21:14,21:16) hesablı qələbə qazanaraq, “İnternational” seriyalı turnirin qalibi olmaqla yanaşı, hesabına 2500 reytinq xalı yazdırıb.