“Arsenal”ın müdafiəçisi Kiran Tirni icarə əsasında “Real Sosyedad”a keçib.

Futbolinfo.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı oyunçu ilə cari mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.

Tirni 2022/23 mövsümündə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.

Shares: