Felippe Koutinyo “Aston Villa”dan ayrılmaq üzrədir. Baş məşqçi Unay Emerinin xidmətinə ehtiyac duymadığı yarımmüdafiəçi transfer pəncərəsi bağlanana kimi klubunu dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, braziliyalı oyunçu ilə əsasən Səudiyyə Ərəbistanı klubları maraqlanır. Xüsuslə də “Əl Duheyl” bu keçiddə maraqlıdır. Avropada isə yalnız “Betis” futbolçunu heyətində görmək istəyir. İngiltərə klubu 20 milyon avro ödəyən və futbolçunun özünü də razı salan təklifə “hə” deyəcək.
2022-ci ilə “Barselona”dan 20 milyon avroya transfer edilən 31 yaşlı oyunçunun müqaviləsində xüsusi bənd var. Belə ki, braziliyalı bu məbləğdən baha satılarsa, 20 milyondan əlavə ödəniləcək pulun yarısı ispanlara çatacaq.