Əvəzedicilər Liqasında 4-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Qarabağ-2” – “Kəpəz-2” matçında qalib müəyyənləşməyib. “Neftçi-2” isə “Qəbələ-2” üzərində qələbəyə sevinib.

Hazırda 10 xala malik “Zirə-2” vahid liderdir. “Neftçi-2” və “Qəbələ-2” 9 xalla 2-3-cü yerləri bölüşürlər.

Əvəzedicilər Liqası
4-cü tur

28 avqust

“Qarabağ-2” – “Kəpəz-2” 1:1
Qollar: Rauf Məhərrəmov, 90+5 – Ümid Səmədov, 70-pen.
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Qəbələ-2” 1:0
Qol: Bahadır Quliyev, 59.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:1
“Turan Tovuz-2” – “Səbail-2” 2:1
“Zirə-2” – “Sabah-2” 2:1

Shares: