Romelu Lukakunu icarəyə götürə bilməyən “Milan” yeni hücumçu axtarışındadır. “Rossonyerlər” transfer pəncərəsi bağlanana kimi heyətini gücləndirmək istəyir.
Futbolinfo.az xəbər verir ki, hazırda İtaliya klubunun əsas hədəfi Mehdi Taremidir. Həftələrdir iranlı forvardı almaq üçün “Portu” ilə danışıqlar aparan “Milan” son təklifini təqdim edib. Portuqaliya klubu 25 milyon avronu rədd edərsə, italiyalılar israr etməyəcək.
Taremi özü də “Milan”a keçmək istəyir. Lakin son qərarı müqavilə ilə məxsus olduğu “Portu” verəcək.