Rumıniyanın “Petrolul” klubunun hücumçusu Kristian İrobisonun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, nigeriyalı futbolçu Premyer Liqadan təklif alıb.

Hətta tərəflər arasında danışıqların müəyyən mərhələyə qədər irəlilədiyi də bildirilir. Lakin son anda keçid baş tutmayıb. 30 yaşlı forvardın istənilən halda “Petrolul”dan ayrılmaq ehtimalı yüksəkdir.

İrobisonun indi Səudiyyə Ərəbistanından sərfəli təklifi var. Adıçəkilən ölkənin II Liqa komandası onu tibbi müayinəyə dəvət edib. Afrikalının səhhətində problem çıxmasa, transfer rəsmiləşə bilər.

Futbolçunun “Petrolul”la sözləşməsində yer alan bəndə əsasən, 170 min avro təzminat müqabilində sərbəst qala bilər. İrobiso transfer pənrəcəsinin son günü sayılan sentyabrın 1-dək hansısa komandaya keçməsə, “Petrolul”da qalacaq.

Qeyd edək ki, Kristianın hazırkı komandası ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Onunla “Neftçi”nin maraqlandığı ehtimal edilir.

Shares: