Azərbaycan cüdo yığmasının Niderlandın Haaqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, millimiz qitə birinciliyinə 16 cüdoçu ilə yollanacaq.

Onlardan 9-u oğlanlar, 7-si isə qızlardır.

Oğlanların yarışında Nizami İmranov (60 kq), Aydın Rzayev, Nicat Nağıyev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.

Qızlarda isə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) Avropa çempionu olmağa çalışacaqlar.

Avropa çempionatı 7-9 sentyabr tarixində keçiriləcək.

Shares: