“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 4-cü turu çərçivəsində keçirilən matçda – “Əl-Vahda” ilə oyunda (3:0) zədələnib.

Futbolinfo.az xəbər verir ki, Əlcəzair əsilli fransalı forvard Məkkədəki görüşün 42-ci dəqiqəsində əvəzlənib.

Onun dizaltı vətərlərinin xəsarət aldığı ehtimal edilir.

Benzema bu yay “Real”dan azad agent qismində ayrılaraq “Əl-İttihad”la müddəti 2026-cı ilə qədər olan müqavilə bağlayıb. Onun komandası cari mövsüm çıxdığı bütün çempionat oyunlarını qələbə ilə başa vurub. Dörd qarşılaşmadan üçündə meydanda olan Kərim 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: