“Liverpul” “Bayer”in müdafiəçisi Pyer Enkapyeni heyətinə qatmağa hazırlaşır. Mersisaydlılar leverkuzenlilərin gənc oyunçusu üçün 38 milyon avroluq rəsmi təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, Ekvador millisinin 21 yaşlı üzvünün Bundesliqa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Almanlar onun yüksək istedadına əmin olduğu üçün bu ilin fevralında anlaşmanın müddətini yeniləyib.

2021-ci ildə Argentina “Talleres”indən 6,5 milyon avroya alınan oyunçunun satılıb bir mövsümlük icarəyə götürülməsi mümkündür. Amma “Liverpul” müdafiə xəttindəki çatışmazlıqlar üzündən oyunçunu elə indi düşərgəsinə aparmaq istəyir.

Shares: