“Qarabağ”, “Neftçi” və “Zirə”nin sabiq futbolçusu Vild-Donald Geryenin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı cinah oyunçusu karyerasını Litvada davam etdirəcək.
Gerye “Panevejis”lə birillik müqavilə imzalayıb. O, yeni klubunda 96 nömrəli formanı geyinəcək.
“Panevejis” hazırda yerli çempionatda 27 oyundan sonra 68 xalla liderdir. Gerye 2018 və 2019-cu illərdə Ağdam təmsilçisi ilə Azərbaycan çempionu olub.