“Ayntraxt” Randal Kolo Muaninin transferi üçün PSJ-dən 90 milyon avro, üsyəlik bonuslar tələb edir. Fransa klubunun israrına baxmayaraq, frankfurtlular güzəştə getmək niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, vətənə dönmək niyyətində olan Fransa millisinin üzvü Almaniyada qollarını sıralamaqdadır. Ancaq o, daha iddialı kluba getmək istəyir və 4 illik müqaviləsi qalan Bundesliqa təmsilçisinin güzəşt edəcəyinə ümidlidir.
Ötən yay “Nant”dan azad agent kimi transfer edilən futbolçu deyib: “Ayntraxt”ın getməyimə icazə verəcəyinə ümid edirəm. Bu kluba çox şey borcluyam, mənə böyüməyimdə dəstək oldular, mən də bütün bacarığımı ortaya qoydum. İndi isə parislilərdən inanılmaz təklif aldım. Bu fürsəti qaçırmaq istəmirəm”.