“Lill”in yarımmüdafiəçisi Karlos Baleba “Brayton”a keçib.

Futbolinfo.az “qağayılar”ın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Bu transfer İngiltərə klubuna 27 milyon avroya başa gəlib.

Baleba 2022/23 mövsümündə Fransa klubunun heyətində 21 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Shares: