Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubu “Qrasshoppers”i tərk edə bilər.
Futbolinfo.az xəbər verir ki, bunu klubun idman direktoru Bernt Haas açıqlayıb.
Onun sözlərinə görə, 24 yaşlı hücumçu üçün İsveçrə klubu bir neçə təklif alıb. Ancaq rəhbərlik hələ bu barədə qərarını verməyib: “Dadaşovla hazırda variantları nəzərdən keçiririk”.
Qeyd edək ki, Renat Dadaşov “Qrasshoppers”ə ötən il “Vulverhempton”dan keçib.