“Alfa Romeo” komandası sentyabrın 1-dən 3-dək Monzada keçiriləcək Formula 1 üzrə İtaliya qran-prisi üçün hazırlanmış xüsusi livreyanı təqdim edib. Bolid bu çalarlarla “33 Stradale” yol avtomobilinin təqdimatını anons edib.
“Biz yeni “33 Stradale” ilə keçmişimizə uyğun gələn, “Alfa Romeo” brendinə xidmət edən və azarkeşləri qürurlandıran bir şey yaratmaq istədik. Bu nəticə komandamızın təcrübəsi və zəhməti, brendin gələcəyinə töhfə verməyə çalışan rəhbərliyin dəstəyi sayəsində əldə edilib.
1969-cu ildən bəri belə rənglərdə ilk avtomobilimizdir, söz verirəm ki, sonuncu olmayacaq. Avtomobilin rəng sxemi “33 Stradale”yə verdiyimiz ruhu, ehtiras və vizyonu təcəssüm etdirir “, – deyə “Alfa Romeo”nun icraçı direktoru Jan İmparato bildirib.