“Kəpəz”in transferi Şakir Seyidov yeni komandasını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, yay fasiləsində “Sabah”dan icarəyə götürülən 23 yaşlı yarımmüdafiəçi bu keçiddə baş məşqçi Azər Məmmədov amilinin xüsusi rol oynadığını deyib.

O, “Kəpəz”in üzvü olduğu üçün özünü xoşbəxtəm hesab etdiyini vurğulayıb: “Ümid edirəm ki, bu mövsüm “Kəpəz”in daha yaxşı yerlərə yüksəlməsinə kömək edərəm. Bura gəlməyimdə baş məşqçi Azər Məmədovun rolu böyük olub. Onun inamını doğrultmağa çalışacağam”.

Gənc futbolçu azarkeşlərdən səbirli olmalarını istəyib: “Gözəl kollektivimiz var. Həm meydanda, həm də ondan kənarda mehriban ailə kimiyik. Əsas odur ki, mövsümü zədəsiz keçirək və məşqçilərin tapşırıqlarına əməl edək ki, məqsədimizə çata bilək. Azarkeşlər səbirli olsunlar, hər zaman komandanı dəstəkləsinlər. Onların istəklərini yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada 4 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.

Shares: